Chiraz Group olaraq biz fərdi evlər, sənaye obyektləri, istixanalar, ofis mərkəzləri və kənd təsərrüfatı müəssisələri üçün enerji qənaətli və tam inteqrasiya olunmuş günəş paneli sistemləri təklif edirik. Məqsədimiz elektrik xərclərini minimuma endirmək, müstəqil enerji təminatı yaratmaq və ətraf mühiti qoruyan innovativ həllərlə müştərilərimizi gücləndirməkdir.
 
Niyə Günəş Enerjisi?
• Elektrik xərclərini 70–90% azaldır
• Şəbəkədən asılılığı azaldır, 24/7 enerji təminatı
• 10–25 il zəmanət
• Sərfəli investisiya – orta geri dönüş müddəti 2–4 il
• Ekoloji təmiz, sıfır zərərli emissiya
 
Təklif etdiyimiz sistemlər
🔹 On-grid enerji sistemi – şəhər elektrik şəbəkəsinə qoşulan, ödənişləri azaldan sistem
🔹 Off-grid enerji sistemi – batareya ilə tam müstəqil işləyən sistem
🔹 Hibrid günəş sistemləri – həm şəbəkə, həm batareya ilə işləyən yüksək təhlükəsizlikli model
🔹 İstixanalar üçün enerji sistemləri – 24 saat işıqlandırma və ventilyasiya üçün ideal
🔹 Sənaye və biznes obyektləri üçün yüksək güclü panellər